ÖLÜMÜN GÖZÜNƏ DİK BAXMAQ

qorxmamaq, cəsur olmaq, heç nədən çəkinməmək; ~ geri çəkilməmək, meydana atılmaq.

ÖLÜMÜ GÖZÜNÜN ALTINA ALMAQ
ÖLÜNÜ QOYUB DİRİNİ AĞLAMAQ
OBASTAN VİKİ
Ölümün toxunuşu
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur. == Xarakteristika == "Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir.
Dik Beddouz
Dik Beddouz (ing. Richard Herbert "Dick" Beddoes; d. 1926 – ö. 24 avqust 1991) — Kanadalı idman jurnalisti. O, "Vancouver Sun" və "The Globe and Mail" qəzetlərində, daha sonra isə televiziya və radioda işləmişdir. == Super seriya == 1972-ci ilin yazında SSRİ və Kanadanın ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edildiyi zaman "The Globe and Mail" qəzetinin işçisi olan Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq. O, öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd də verir: "Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın". Lakin elə ilk oyun SSRİ-nin 7:3 hesablı qələbəsi ilə başa çatır. Vəziyyət belə olduqda isə Dik Beddouz verdiyi vədi tutmalı olur.
Dik Deyl
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Dik adası
Dik adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adasından şimalda, Bak boğazında yerləşir. Ada dairəvi formaya malikdir. Diametri 150 metrdir. Adada yüksəklik yoxdur.
Dik hana
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgahQədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd);Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Dik Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. == Siyasi fəaliyyəti == 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Endi Dik
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa Ana[d], Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.
Soumia Dik
Soumia Dik (19 oktyabr 1988) — Mərakeşli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Mərakeşi təmsil edir. Soumia Dik İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Corc Dik
Corc Dik (ivr. ‏ג'ורג' דיק‏‎, ərəb. جورج ديك‎) — İsrail diplomatı. 2018-ci ildən bəri İsrailin Azərbaycandaki səfiridir. O, səfir təyin olunan ilk Xristian İsrail ərəbidir. == Həyatı == Dik Yafanın Əcəmi məhləsində, müxtəlif mənşəli qonuşular ətrafında böyüyüb. O, Rayxman Hüquq Məktəbində və Fulbrayt proqramının dəstəyi ilə Corctaun Universitetində oxumuşdu.2008-ci ildə Dik Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 2009-2012 illərin arasında o, Nigeriyadaki missiyanın başçısı idi. 2012-2015 illərin arasında Dik Norveçdə səfirin müavvini olaraq işləyirdi. 2014-cü ildə, Qoruyucu Sərhəd əməliyyatı zamanı isə, orda səfir səlahiyyətlərini icra edən idi.2018-ci ildə Dik İsrailin Azərbaycanda səfiri vəzifəsinə təyin edilib.
Gözünə gün düşür (hekayə)
Gözünə gün düşür — E.Hüseynbəyli tərəfindən 2010-cu ildə yazılmış hekayə. İlk dəfə fevralın 27-də «525-ci qəzet» də çap edilib. == Haqqında == Hekayə çıxan kimi onun barəsində ir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Nusret Hesretlininın məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ilin iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub. «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. == Kino == 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub.
Dik Treysi (film, 1990)
Dik Treysi (ing. Dick Tracy) – 1990-cı ildə Komediya janrında çəkilən filmdir. Film "Dik Treysi" komiksi əsasında yaradılmışdır. == Məzmun == Filmdə baş verən hadisələr Çiqaqoda 1930-cu illəri əhatə edir. Şəhəri bütünlüklə qanqster banda başçısı Alfons Nazlı "Böyük Oğlan" idarə edir. Lakin onlarla cəsur detektiv Dik Treysi mübarizə aparır. Onun Tess Trüxard adlı həyat yoldaşı vardır. Buna baxmayaraq Dik Treysi barda mahnı oxuyan Britlez Mahoniyə aşiq olur...
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü — 1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir. 14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi.Əsər 1990-cı illər Britaniya incəsənətinin ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.
бе́дствие книгове́дение насо́сный развле́чь разорде́ться архео́лог кожедёр краю́шка после́д рёвушка теплосе́ть картан ascigerous grip-vice hauyne hoarding horse-tram irradiant leanness Thermidor баска вершить желтокожий любвеобильный непримиримость